Belarus Xarici İşlər Nazirliyi Ermənistanın bu ölkədəki müvəqqəti işlər vəkili Artur Sarkisyanı çağıraraq ona etiraz notası təqdim edib. Etirazın səbəbi Ermənistan tərəfinin Minski qeyri-dost adlandırdığı son hərəkətləri olub.
Reyting.az xəbər verir ki, məlumata görə, Ermənistan parlamentinin sədri Alen Simonyanın açıqlamalarından sonra iki ölkə arasında gərginlik daha da artıb. O, İctimai Televiziyaya müsahibəsində iddia edib ki, guya Rusiya respublikada hakimiyyəti dəyişmək üçün siyasi əməliyyata cəhd edir.
Bundan başqa, Simonyan Ermənistandakı vəziyyəti Belarusdakı vəziyyətlə müqayisə edərək, respublikanın Rusiya tərəfindən “nəzarət altında” olduğunu da deyib. Bu isə etiraz notasının verilməsinə səbəb olub.
E. Kamal