Advert
Advert

Miqrantlar robotlara real mühitdə işləməyi öyrədəcək

Tarix:
Miqrantlar robotlara real mühitdə işləməyi öyrədəcək
Reklam

Nigeriya və Hindistandan mühacirət edənlər Qərb şirkətləri üçün gördükləri ev işlərini videoya çəkirlər. 

Reyting.az-ın məlumatına görə, "YouTube" kanalında, eyni zamanda bir çox sosial şəbəkələrdə təqdim olunan bəzi görüntülərdən aydın olub ki, əslində, bu, kiminsə istismarı deyil, əksinə, görüntülərin məqsədi humanoid robotların öyrədilməsi prosesində istifadə olunacaq materialların praktiki təqdimatıdır. 

Artıq "Micro1" şirkəti, eləcə də digər şirkətlər minlərlə saatlıq real ev işi videoları toplamağa başlayıb. 

Məlumatlara görə, 2025-ci ildə istehsal edilən humanoid robotlara dünyanın bir çox böyük şirkətləri milyardlarla dollar investisiyalar yatırıblar ki, bunda da əsas məqsəd robotlara real mühitdə işləməyi öyrətməkdir. 

Mütəxəssislər bildiriblər ki, ümumiyyətlə, bu robotların inkişafı böyük həcmdə real dünya məlumatı tələb edir və proses gözlənildiyindən daha uzun çəkə bilər.

Oqtay QORÇU
 

Reklam