Türkiyə millisi ilə DÇ-2026-ya vəsiqə uğrunda matçdan bir neçə gün sonra infarkt keçirən rumıniyalı 80 yaşlı məşhur məşqçi Mirça Luçesku bu gün az əvvəl vəfat edib.
Reyting.az Türkiyə mediasına istinadla xəbər verir ki, Mirça Luçeskunun vəfatı ilə bağlı vaxtı ilə sükanı arxasında olduğu klublar, o cümlədən “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” da vida mesajı yayıblar.
Qeyd edək ki, Mirça Luçesku "Qalatasaray"la UEFA Super Kubokunu, "Şaxtyor Donetsk"lə UEFA Kubokunu qazanıb.
Dünya futbolunun əfsanəvi simalarından biri olan Luçesku həm "Beşiktaş", həm də "Qalatasaray"la çempionluq qazanaraq Türkiyə futbolunda silinməz izlər buraxıb/mia.az