Advert
Advert

Mişel Obamanın xüsusi geyimi mərasimə damğa vurub

Tarix:
Mişel Obamanın xüsusi geyimi mərasimə damğa vurub
Reklam

ABŞ-ın keçmiş birinci xanımı, ölkənin 44-cü prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama anasının xatirəsinə ehtiramını qeyri-adi şəkildə nümayiş etdirib.

Reyting.az xəbər verir ki, "The Blueprint News" teleqram kanalının yaydığı məlumata görə, Mişel Obama 2024-cü ildə vəfat edən anası Marian Robinsonun xatirəsini yaşatmaq məqsədilə xüsusi geyim sifariş edib. Çikaqo əsilli Marian Robinson uzun illər Obama ailəsinin həyatında mühüm rol oynayıb və ailənin ən yaxın dayaqlarından biri hesab olunub.

Keçmiş birinci xanım yeni istifadəyə verilən Obama Mərkəzinin açılış mərasimində anasının portreti əks olunan uzun ətəklə iştirak edib. Bununla da o, anasını daim ehtiramla xatırladığını nümayiş etdirib.

Mütəxəssislərin bildirdiyinə görə, sözügedən geyim İsveçin məşhur "Acne Studios" brendi tərəfindən xüsusi olaraq Mişel Obama üçün hazırlanıb.

Mişel Obama açılış mərasimində həyat yoldaşı Barak Obama ilə birlikdə iştirak edib. Məlumata görə, Marian Robinson yalnız qızı üçün deyil, həm də Barak Obama üçün böyük hörmət sahibi olub. O, ailənin formalaşmasında, nəvələrinin tərbiyəsində və Obama ailəsinə daim dəstək göstərməkdə mühüm rol oynayıb.

Barak Obamanın yaxın çevrəsi dəfələrlə vurğulayıb ki, Marian Robinsonun ailənin həyatında əvəzsiz xidmətləri olub və o, Obama ailəsinin ən önəmli simalarından biri sayılıb.

Oqtay Qorçu

Reklam