Advert
Advert

MKİ-nin sabiq direktoru: Rusiya Ukrayna ilə müharibədə üstünlüyünü itirib 

Tarix:
MKİ-nin sabiq direktoru: Rusiya Ukrayna ilə müharibədə üstünlüyünü itirib 
Reklam

“Rusiya Ukraynaya qarşı müharibədə üstünlüyünü itirib”. 

Reyting.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Devid Petreus deyib.

Onun sözlərinə görə, Rusiya ordusunun sayı xeyli çox və iqtisadiyyatı Ukraynanın iqtisadiyyatından 10 və ya 12 dəfə böyük olsa da, Ukrayna qoşunları cəbhə xəttində rusları dayandırır.

Sabiq direktor əlavə edib ki, son iki ay ərzində Ukrayna Müdafiə Qüvvələri cəbhə xəttində Rusiyadan daha böyük uğurlar qazanıb. Eyni zamanda, o, Rusiyanın üstün canlı qüvvəsi və iqtisadi miqyası səbəbindən belə bir ssenarinin mümkün olmadığını diqqət çəkib: “Lakin Müdafiə Qüvvələri buna pilotsuz sistemlərindəki innovasiyalar sayəsində nail ola bilir”.

D. Petreusun fikrincə, əsl dahilik onların hər şeyi necə bir araya gətirmələridir.

Petreus həmçinin qeyd edib ki, yaxın bir neçə ildə Ukraynada tam muxtar sistemlər yarana bilər. 

E. Kamal
 

Reklam