Advert
Advert

Moldova Rusiya ilə vizasız rejimin ləğvini müzakirə edir 

Tarix:
Moldova Rusiya ilə vizasız rejimin ləğvini müzakirə edir 
Reklam

Moldova hakimiyyəti Rusiya ilə 2001-ci il Dostluq və Əməkdaşlıq Müqaviləsinin ləğvi imkanlarını müzakirə edir.
 
Reyting.az-ın məlumatına görə, "İzvestiya" qəzeti bunu respublika parlamentinin Sosialistlər Partiyasından olan deputatı Boqdan Tsirdeaya istinadla yazıb.

Qeyd olunur ki, Moldova hakimiyyəti Rusiya ilə vizasız rejimin ləğvi imkanlarını nəzərdən keçirir.

"Vizasız səyahətin ləğvi pərdəarxası müzakirə olunur. Və düşünürəm ki, məsələ məhz bu istiqamətdə gedir", - deyən deputat əlavə edib ki, bu məsələ hakim partiya daxilində müzakirə olunur.

Tsirdeanın sözlərinə görə, Moldova həmçinin tərəflərin bir-birini strateji tərəfdaş kimi tanıdığı Rusiya ilə 2001-ci il Dostluq və Əməkdaşlıq Müqaviləsinin ləğv edilməsi imkanlarını müzakirə edir. Deputat deyib ki, bu müqavilə bir-iki il ərzində ləğv edilə bilər.

Xatırladaq ki, daha əvvəl Moldovanın xarici işlər naziri  M. Popşoy respublikanın 2027-ci ilin aprelində MDB-dən çıxacağını bildirmişdi.

E. Kamal
 

Reklam