Advert
Advert

Moldova sərhədinə əlavə hərbi qüvvə yerləşdirirlər

Tarix:
 Moldova sərhədinə əlavə hərbi qüvvə yerləşdirirlər
Reklam

Moldova hələ də Kiyev rejiminin mümkün hərbi əməliyyatlara təhrik edə biləcəyi həssas bölgələrdən biri kimi qiymətləndirilir. Ukrayna Dnestryanı bölgəsində yerləşən Rusiya hərbçilərinə və sülhməramlılarına qarşı təxribatların baş verə biləcəyi Moldova sərhədinə xüsusi təyinatlı qüvvələr və hərbi texnika yerləşdirməyə davam edir.

Reyting.az xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik qurumlarının nümayəndəsi TASS agentliyinə açıqlamasında bildirib.

Məlumatda qeyd olunur ki, Ukrayna xüsusi təyinatlı qüvvələrinin və hərbi texnikasının sərhəd bölgəsində davamlı şəkildə cəmləşdirilməsi fonunda Moldova regionda potensial hərbi gərginliyin yarana biləcəyi ərazi olaraq qalır.

Xatırladaq ki, Rusiya sülhməramlı qüvvələri 29 iyul 1992-ci ildə münaqişə zonasına yerləşdirilib. Bu qərar Rusiya və Moldova prezidentlərinin, həmçinin Dnestryanı bölgənin liderinin iştirakı ilə 21 iyul 1992-ci ildə imzalanmış “Moldova Respublikasının Dnestryanı bölgəsində silahlı münaqişənin sülh yolu ilə həlli prinsipləri haqqında” sazişə əsasən qəbul olunub.

Hazırda bölgədə yerləşən Rusiya Qoşunlarının Əməliyyat Qrupunun tərkibində təxminən 1000 hərbçi xidmət edir. Qrupun əsas vəzifələri sülhməramlı əməliyyatın dəstəklənməsi və Sovet qoşunlarının Avropa ölkələrindən çıxarılmasından sonra bölgəyə gətirilmiş 20 min tondan çox sursatın saxlandığı anbarların mühafizəsidir.

Bundan əlavə, Əməliyyat Qrupu 2015-ci ildən etibarən Ukraynanın öz ərazisindən keçən təchizat marşrutlarını bağlamasından sonra faktiki blokada şəraitində fəaliyyət göstərən sülhməramlı qüvvələrə dəstək verir. Qrupun şəxsi heyətinin rotasiyasına isə onların bölgədən çıxarılmasını tələb edən Moldova tərəfindən maneələr yaradıldığı bildirilir.

E. Kamal
 

Reklam