Moskva bölgəsində raket təhlükəsi elan edilib.
Reyting.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, sakinlərə evdə qalmaq və pəncərələrdən uzaq durmaq tövsiyə olunub. Fövqəladə vəziyyət səbəbindən çöldə qalanlara isə qapalı məkanlarda və ya yeraltı keçidlərdə sığınacaq axtarmağı tövsiyə ediblər.
Xəbərdarlıqda qeyd olunur ki, mobil internet xidməti kəsilə bilər. Üstəlik, PUA-ların və hava hücumundan müdafiə əməliyyatlarının çəkilişləri qadağan edilib.
E. Kamal