Ukrayna qüvvələri Rusiyanın Moskva bölgəsində yerləşən Dubna kosmik rabitə mərkəzinə zərbə endirib.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunur ki, hücumdan sonra obyektdə geniş tüstü görünməyə başlayıb. Müdafiə Qüvvələri hazırda hücumun effektivliyini araşdırır.
Ukrayna qüvvələri həmçinin Luqansk vilayətində müvəqqəti işğal altında olan Debaltseve şəhəri yaxınlığındakı pilotsuz təyyarələrin təlim poliqonuna, eləcə də Donetsk vilayətində Mirnoqrad və Perestroyka yaxınlığındakı pilotsuz təyyarələrin idarəetmə məntəqələrinə zərbə endirib.
Həmçinin Rusiyanın Belqorod vilayətindəki İlek-Penkovka yaxınlığında, eləcə də Donetsk vilayətindəki Pokrovsk yaxınlığında Rusiya komandanlıq və müşahidə məntəqələrinin vurulduğu bildirilir. Bundan əlavə, Müdafiə Qüvvələri rusların qoşun daşımaq və bölgədəki Rusiya ordusunu təchiz etmək üçün istifadə etdiyi Zaporojye vilayətindəki Vasilyevka yaxınlığındakı avtomobil körpüsünə zərbə endirib.
N. Orucov