Rusiya Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüklə bağlı qərar verməsini gözləyir.
Reyting.az-ın məlumatına görə, bunu “RİA Novosti” agentliyinə Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev deyib.
Rusiyanın Ermənistandan hansı addımları atmasını gözlədiyinə dair suala cavab olaraq V. Vasilyev bildirib: "Qərar versinlər - təşkilatda qalıb-qalmırlar, yoxsa başqa bir ssenariyə üstünlük verirlər".
Vasilyev əlavə edib ki, Ermənistan bu barədə məlumat verməlidir.
Bir müddət əvvəl Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün davam etdirilməsinin təşkilat rəhbərliyi tərəfindən ətraflı müzakirə olunacağını bildirmişdi.
E. Kamal