Moskvada 9 Mayda Ölümsüz Alay yürüşü onlayn keçiriləcək. Rusiya hakimiyyəti ənənəvi yürüşü Rusiya paytaxtının mərkəzində keçirməmək qərarına gəlib.
Reyting.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, bu dəfə yürüş “elektron formatda” təşkil olunacaq.
Bu arada, Sankt-Peterburqda hakimiyyət orqanları hələ Ölümsüz Alay yürüşünü ləğv etməyib. Təşkilatçıların sözlərinə görə, kalon hərbi parad bitdikdən sonra, saat 12:30 radələrində yola düşməlidir.
Bu il 9 May şənliklərinin formatı ilə bağlı qərarlar Rusiyanın müxtəlif bölgələrində dəyişir. Bir sıra şəhərlərdə, eləcə də ilhaq edilmiş Krımda yerli hakimiyyət orqanları həm paradı, həm də yürüşü tamamilə ləğv ediblər.
Moskvada 9 May paradı ilk dəfə hərbi texnika olmadan keçiriləcək.
Əvvəllər Qırmızı Meydandakı paradın 2007-ci ildən bəri ilk dəfə hərbi texnika olmadan keçiriləcəyi açıqlanmışdı. Rusiya Müdafiə Nazirliyi bunu “mövcud əməliyyat vəziyyəti” ilə izah edib.
Y. Qacar