Advert
Advert

Moskvada yeni məhdudiyyətlər tətbiq olunub

Tarix:
Moskvada yeni məhdudiyyətlər tətbiq olunub
Reklam

Rusiyanın paytaxtı Moskvada yeni qadağalar qüvvəyə minib. Bir müddət əvvəl qəbul olunmuş qanunun bir neçə maddələri üzrə tətbiq edilən yeni qadağalar Rusiya ərazisində terror aktları və pilotsuz uçuş aparatlarının hücumlarının nəticələrini əks etdirən foto  və videoların yayımlanmasına qarşı ciddi məhdudiyyətləri nəzərdə tutur.

Reyting.az-ın məlumatına görə, Moskva şəhər rəhbərliyi bildirib ki, yeni qərar Antiterror Komissiyası tərəfindən "yanlış məlumatların yayılmasının qarşısını almaq" məqsədilə verilib.

Qadağa Rusiya Müdafiə Nazirliyinin, eləcə də Moskva şəhər meriyasının, o cümlədən hökumətin açıqladığı rəsmi məlumatlara şamil edilmir. 

Meriya xəbərdarlıq edib ki, qaydaları bilərəkdən pozan hər bir rusiyalı 3-5 min rubl, vəzifəli şəxslər 30-50 min rubl, hüquqi şəxslər isə 50 mindən 200 min rubla qədər cərimələnəcəklər. 

Məlumatda həmçinin qeyd olunub ki, yeni məhdudiyyət müddətsiz tətbiq olunacaq.

Oqtay Qorçu
 

Reklam