2014-cü illə müqayisədə Azərbaycanda müəllimlərin əməkhaqqı 4 dəfəyə qədər artıb.
Reyting.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
E. Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, müəllim heyətinin orta aylıq əməkhaqqı 1 030 manatdır.
Onun sözlərinə görə, sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üzrə (35% əlavə alanlar) 30 590 nəfərin orta aylıq əməkhaqqı 1 300 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10% əlavə alanlar) 60 818 nəfərin orta aylıq əməkhaqqı 1 010 manat, sertifikatlaşdırmada iştirak etməyən və ya I cəhddə uğur qazanmayan heyət üzrə 23 984 nəfərin orta aylıq əməkhaqqı 770 manatdır.
Nazir onu da qeyd edib ki, mərhələli şəkildə 20 min tamştat müəllim vəzifəsi yaradılacaq.
Tamştat müəllim statusu alan müəllimlər isə bir daha sertifikatlaşdırma prosesində iştirak etməyəcəklər.
V. Quliyev