Advert
Advert

Müdafiə naziri: Müharibənin gedişatı  Ukraynanın xeyrinə dəyişir

Tarix:
 Müdafiə naziri: Müharibənin gedişatı  Ukraynanın xeyrinə dəyişir
Reklam

“Ukraynadakı müharibədə dönüş nöqtəsinin əlamətləri görünür. İnanıram ki, ukraynalılar həqiqətən üstünlüyə malikdirlər. Rusiya həm iqtisadi, həm daxili, həm də döyüş meydanında zəiflik dövrü yaşayır”.

Reyting.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Alman nazir əlavə edib ki, ukraynalılar əhəmiyyətli irəliləyişlər əldə edirlər. Arxa cəbhədə Rusiya hərbi infrastrukturuna zərbələr getdikcə daha dəqiq və təsirli olur. 

Qeyd edək ki, Pistoriusa Ukrayna komandanlıq məntəqələrində dronların kəşfiyyat və Rusiya silah sistemləri və əsgərlərinə qarşı mübarizə aparmaq üçün necə istifadə edildiyi göstərilib. O, həmçinin Ukrayna Müdafiə Qüvvələrinin əməliyyatlarının birbaşa şahidi olub. 

Jurnalistlər yazır ki, Ukrayna ötən illə müqayisədə öz imkanlarını xeyli yaxşılaşdırıb. Qeyd olunur ki, Almaniya silahlı qüvvələri də strateji tərəfdaşlığın bir hissəsi olaraq bundan faydalanır.

“Bu gün çoxları müharibənin həlledici mərhələsindən, bəlkə də Ukraynanın xeyrinə danışır”, - deyə Pistorius qeyd edib.

V. Quliyev

Reklam