Müğənni Akif İslamzadə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, müğənni infarkt keçirib.
Təcili yardımın ilkin müdaxiləsindən sonra A.İslamzadə xəstəxanaya aparılıb.
İfaçının oğlu Ayxan İslamzadə Axşam.az-a açıqlamasında atasının hazırda xəstəxanada olduğunu deyib: “Həkimlər baxış keçirir”.(Axsam.az)
***
Akif İslamzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə olunur.
Reyting.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu Ayxan İslamzadə məlumat verib.
“Dünən axşam ürəyinə stent qoyulub. Hələlik həkimlər vəziyyəti ilə bağlı dəqiq məlumat verməyiblər”, - Ayxan İslamzadə bildirib.