Advert
Advert

Müğənni Damla verilişlərdən uzaqlaşmasının səbəbini açıqlayıb

Tarix:
Müğənni Damla verilişlərdən uzaqlaşmasının səbəbini açıqlayıb
Reklam

Müğənni Damla verilişlərdə az-az görünməsinin səbəbini açıqlayıb.

Reyting.az-ın məlumatına görə, sənətçi bildirib ki, son zamanlar yersiz müzakirələrdən qaçması efirlərdən uzaq düşməsinə səbəb olub.

“Çox seçici olmuşam. Verilişlərdəki, yersiz müzakirələr, lazımsız mövzulara toxunmaq, efirdə bir-birini təhqir etmək və bu mövzuları sosial şəbəkədən efirə daşımaq məni belə qərar verməyə məcbur edib”,- deyə Damla qeyd edib.

Müğənninin sözlərinə görə, bu cür mühit onun sənətinə və şəxsi prinsiplərinə uyğun deyil. O, daha səviyyəli və məzmunlu layihələrdə yer almağa üstünlük verdiyini vurğulayıb.

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çox istifadəçi onun fikirləri ilə razılaşdığını bildirib.(milli.az)
 

Reklam