Britaniyalı müğənni, pop ulduzu Dua Lipa Cənubi Koreyanın "Samsung Electronics" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Müğənni şirkəti onun görüntüsünü icazəsiz televizor qutularında istifadə etməklə, hüquqlarını pozmaqda ittiham edib və ən azı 15 milyon dollar təzminat tələb etdiyini açıqlayıb.
Reyting.az-ın "Reuters" agentliyinə istinadla verdiyi məlumata görə, iddiada "Samsung" televizorlarının pərakəndə satış qutularının üzərində "Dua Lipa - Austin City Limits" və ya "2024-ün pərdəarxası" adlanan, müəllif hüquqları ilə qorunan şəkil yerləşdirilib. Müğənninin fikrincə, əslində bu addım məhsulun onun tərəfindən reklam edildiyi təəssüratını yaradıb.
İddiada müəllif hüquqları və ticarət nişanı pozuntusu ilə yanaşı, eyni zamanda, Dua Lipanın şəxsi imic hüquqlarının pozulduğu da xüsusi vurğulanıb.

"Samsung" şirkəti bu ittihamları rədd edib. Şirkətdən bildiriblər ki, mübahisə yaradan bu görüntü onların pulsuz striminq xidməti üçün kontent hazırlayan üçüncü tərəfdaş tərəfindən təqdim olunub.
Britaniyalı müğənninin vəkilləri isə bu işlə bağlı sosial şəbəkələrdə paylaşımlar və şərhlər əlavə ediblər. Vəkillər, həmçinin Dua Lipanın pərəstişkarları dünya şöhrətli Cənubi Koreya şirkətinin sonda qanun qarşısında uduzacağına ümid etdiklərini bildiriblər.
Oqtay Qorçu