Advert
Advert

Münsiflər heyəti tam tərkibdə istefa verib

Tarix:
Münsiflər heyəti tam tərkibdə istefa verib
Reklam

Venesiya Biennalesi adlanan və iki ildən bir keçirilən tədbirin münsiflər heyəti builki açılışa 9 gün qalmış istefa verib. Münsiflər heyətinin sədri Solanj Farkas da daxil olmaqla digər beş üzv bəyan edib ki, artıq vəzifələrindən ayrılıblar. İstefaya əsas kimi müharibələr və bitməyən münaqişələr göstərilsə də, konkret səbəb açıqlanmayıb.

Reyting.az-ın məlumatına görə, “Reuters” agentliyi iddia edir ki, istefanın səbəbləri aydındır. Nəşr yazır ki, bu hadisə münsiflərin daha əvvəl insan haqlarını əsas gətirərək konkret iki ölkənin - Rusiya və İsrailin belə nüfuzlu tədbirdən təcrid olunmasına çağırış etməsi ilə başlayıb.

Venesiya Biennalesinin münsiflər heyəti Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ittiham olunan Rusiya və İsrailin əməllərini əsas gətirərək, həmin ölkələri təmsil edən sənətçilərin əsərlərini qiymətləndirməyəcəklərini bəyan etdikdən sonra istefa veriblər.

Kütləvi istefadan narazı qalan və belə motivli qərarın qərəzli yanaşma, həmçinin ayrı-seçkilik olduğunu bildirən israilli heykəltəraş Belu-Simion Faynaru münsiflər heyəti ilə bağlı yaxın vaxtlarda məhkəməyə müraciət edə biləcəyini deyib.

Lakin təşkilatçılar bununla bağlı ciddi tədbir görməyəcəklərini və münsifləri tənqid etməyəcəklərini bildiriblər.

Təşkilat komitəsi qeyd edib ki, bu qərar tamamilə müstəqil şəkildə qəbul olunub və münsiflər söz azadlığı hüquqlarından istifadə ediblər. Eyni zamanda, son qərara əsasən ziyarətçilərə və iştirakçılara Rusiya Federasiyasından və İsraildən olan sənətçilər arasında seçim imkanı veriləcək.

Qeyd edək ki, Beynəlxalq Venesiya sənət tədbiri 9 mayda açılmalıdır. Mükafatlandırma mərasiminin isə noyabr ayına qədər təxirə salınacağı ilə bağlı məlumat yayılıb.

Oqtay Qorçu
 

Reklam