Kosovo parlamenti prezident seçkiləri üçün gün ərzində bir neçə dəfə toplansa da, müxalifətçi millət vəkillərinin sessiyanı boykot etməsi səbəbindən səsvermənin birinci turu üçün tələb olunan üçdə iki səs çoxluğunu əldə etmək mümkün olmayıb.
Reyting.az xəbər verir ki, gecə saatlarında sonuncu dəfə toplanan Baş Assambleya yerli vaxtla saat 00:00-da heç bir nəticəyə gəlmədən başa çatıb.
Parlament Kosovo Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilmiş müddətdə yeni prezidenti seçə bilmədiyi seçki baş tutmayıb.
Parlament sədri Albulena Haxhiu yekun nitqində prosesin və qanunvericilik müddətinin başa çatdığını və Konstitusiya Məhkəməsinin qərarına əsasən parlamentin dağılmış hesab edildiyini və seçkilərin konstitusiya müddətində elan ediləcəyini bildirib.
Kosovo Baş naziri Albin Kurti son tarixdən qısa müddət əvvəl verdiyi qiymətləndirmədə “Başqa edə biləcəyimiz bir şey yoxdur”,- deyib. Baş nazir müxalifətin parlamentdə olmamasını tənqid edərək seçicilərin bu vəziyyəti qiymətləndirəcəyini xatırladıb.
Y. Qacar