Advert
Advert

Muzeydən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb

Tarix:
Muzeydən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb
Reklam

Fransada yerləşən René Lalique Muzeyindən təxminən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb.

Reyting.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, muzey ölkənin şərqində yerləşən Vingen-sur-Moder kommunasındadır.

Məlumata görə, soyğunçuluq yerli vaxtla səhər saat 05:30 radələrində baş verib. Bir neçə nəfər muzeyin giriş qapısını sındıraraq içəri daxil olub və altı zərgərlik vitrininin şüşəsini qırıb.

Oğrular ümumilikdə 20 ədəd büllur zinət əşyasını ələ keçiriblər. Dəyən ziyanın dəqiq məbləği hələ müəyyənləşdirilməyib.

Mənbənin sözlərinə görə, oğruların hansı eksponatların daha qiymətli olduğu barədə əvvəlcədən məlumatlı olduqları ehtimal edilir.

Hazırda polis müşahidə kameralarının (CCTV) görüntülərini araşdırır. Muzey rəhbərliyi soyğunçuluqla əlaqədar sərginin yaxın günlərdə ziyarətçilər üçün bağlı qalacağını bildirib. Qeyd olunub ki, muzeyin təhlükəsiz şəkildə yenidən fəaliyyətə başlaması üçün zəruri tədbirlər görülür.

Qeyd edək ki, fransız zərgər və şüşə sənətinin görkəmli nümayəndəsi Rene Lalikə həsr olunan muzey 2011-ci ildə fəaliyyətə başlayıb.

V. Quliyev
 

Reklam