Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı futbolçularının növbəti reytinq siyahısını dərc edib.
Reyting.az xəbər verir ki, bu barədə məlumat idman ictimaiyyətinə təqdim olunub.
Ümumilikdə 100 oyunçunun yer aldığı siyahıda transfer dəyərləri CIES-in xüsusi statistik modelindən istifadə edilməklə hesablanıb. Reytinq cədvəlinə "Barselona"nın 18 yaşlı cinah oyunçusu Lamin Yamal başçılıq edir.
Dünyanın ən dəyərli ilk 20 futbolçusunun siyahısı və transfer qiymətləri aşağıdakı kimidir:
1. Lamin Yamal ("Barselona") – 358,1 milyon avro
2. Erlinq Haland ("Mançester Siti") – 227,3 milyon avro
3. Kilian Mbappe ("Real" Madrid) – 165,7 milyon avro
4.Maykl Olise ("Bavariya") – 140,5 milyon avro
5. Morqan Rocers ("Aston Villa") – 136,8 milyon avro
6. Dezire Due (PSJ) – 133,2 milyon avro
7. Kenan Yıldız ("Yuventus") – 133 milyon avro
8. Niko Oreyli ("Mançester Siti") – 125 milyon avro
9. Arda Gülər ("Real" Madrid) – 124,8 milyon avro
10. Pau Kubarsi ("Barselona") – 124,6 milyon avro
11. Florian Virts ("Liverpul") – 124,1 milyon avro
12. Pedri ("Barselona") – 120,6 milyon avro
13. Cud Bellinqem ("Real" Madrid) – 120,3 milyon avro
14. Yann Diomand ("Leypsiq") – 118,7 milyon avro
15. Uqo Ekitike ("Liverpul") – 118,3 milyon avro
16. Joao Neves (PSJ) – 117,1 milyon avro
17. Fermin Lopes ("Barselona") – 115,9 milyon avro
18. Estevao ("Çelsi") – 113,4 milyon avro
19. Din Hoysen ("Real" Madrid) – 112 milyon avro
20. Bukayo Saka ("Arsenal") – 111,2 milyon avro.(Matc.az)