Advert
Advert

Nəbatat bağında gənc rəssamların sərgisi keçirilib

Tarix:
Nəbatat bağında gənc rəssamların sərgisi keçirilib
Reklam

Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi, Azərbaycan Rəssamlıq Akademiyası və Mərkəzi Nəbatat Bağının birgə təşkilatçılığı ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda sərgi-müsabiqə keçirilib.

Reyting.az xəbər verir ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilən və Mərkəzi Nəbatat Bağında təşkil olunan tədbirin əvvəlində Azərbaycan Dövlət Filarmoniyası orkestrinin ifasında konsert proqramı təqdim edilib.
 
Rəssamlıq Akademiyasının müəllim və tələbələri, gənc rəssamlar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə Akademiyanın 25 tələbəsinin rəsm, heykəltəraşlıq və xalçaçılıq işləri nümayiş etdirilib. 

Tədbir iştirakçıları qarşısında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Mərkəzi Nəbatat Bağının direktoru Əli Cəfərov, Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, Akademiyanın tələbəsi Aygün Xanalıyeva sərgi-müsabiqənin əhəmiyyəti, onun gənc rəssamlar arasında maraqla qarşılanması, yeniyetmə və gənclərdə incəsənətin müxtəlif növlərinə olan marağın artmasında böyük rol oynadığını bildiriblər.

Sərgidə nümayiş etdirilən rəsm, heykəltəraşlıq və xalçaçılıq əsərləri Azərbaycan Rəssamlıq Akademiyasının münsiflər heyəti tərəfindən qiymətləndirilib və ilk üç yerin qalibləri müəyyənləşib. Cahan Musayeva birinci yerə, Aydan Qurbanova ikinci yerə və  Nərmin Nadirova üçüncü yerə layiq görülüblər.

Sərginin qaliblərinə pul mükafatları və sertifikatlar, digər iştirakçılara  həvəsləndirici hədiyyələr təqdim edilib.

Reklam