Advert
Advert

Ən böyük şirin su ehtiyatı hansı ölkələrdədir?

Tarix:
Ən böyük şirin su ehtiyatı hansı ölkələrdədir?
Reklam

Dünya üzrə ən böyük şirin su ehtiyatlarına malik ölkələrin siyahısı açıqlanıb.

Reyting.az xəbər verir ki, Dünya Bankının məlumatına görə, Braziliya təxminən 5661 milyard kubmetr şirin su ehtiyatı ilə siyahıda birinci yerdə qərarlaşıb.

Şirin su ehtiyatına görə ikinci yerdə Rusiya gəlir - 4312 milyard kubmetr.

İlk beşliyə Kanada, ABŞ və Çin də daxildir.

Siyahıda həmçinin Kolumbiya, İndoneziya, Peru, Hindistan və Myanma da yer alıb.

Ekspertlər bildirirlər ki, su ehtiyatlarının az sayda ölkədə cəmləşməsi qlobal disbalans yaradır. Bəzi regionlarda su bolluğu müşahidə olunsa da, digər bölgələrdə ciddi su çatışmazlığı yaşanır.

2025-2026-cı illər üzrə proqnozlara əsasən, bu tendensiya davam edərsə, 2030-cu ilə qədər dünyada suya tələbat təklifi 40 faiz üstələyə bilər.

Mütəxəssislərin fikrincə, bunun əsas səbəbləri əhali artımı, urbanizasiya, kənd təsərrüfatının genişlənməsi və digər tələbatların artmasıdır. Proqnozlara görə, iqlim dəyişiklikləri vəziyyəti daha da ağırlaşdıracaq.

Oqtay QORÇU

Reklam