Advert
Advert

Ən çox mərcan rifi hansı ölkədədir?

Tarix:
Ən çox mərcan rifi hansı ölkədədir?
Reklam

İndoneziya mərcan riflərinin sahəsinə görə dünyada birincidir. Bu ölkədəki riflərin sahəsi 51 min kvadrat kilometrdir. 

Reyting.az xəbər verir ki, bu barədə "Seasia Stats" platformasının məlumatında qeyd olunub. 

Mütəxəssislər müqayisə üçün bildiriblər ki, siyahıda ikinci yerə yüksələn Avstraliyada bu göstərici 48,9 min kvadrat kilometrdir. Üçüncü yerdə isə Filippindir. 

Alimlərin fikrincə, bununla belə, çox zəngin rif sahələrinin qorunması üçün qabaqlayıcı tədbirlər görülməlidir. Qeyd olunur ki, qlobal iqlim dəyişikliyi, eyni zamanda okean sularının isinməsi bir daha bu unikal ekosistemlərin çox ciddi təhlükə qarşısında olduğunu göstərir.

Oqtay Qorçu
 

Reklam