Artıq uzun illərdir videomüşahidə müasir şəhərlərin əsas xüsusiyyətlərindən birinə çevrilib. Eyni zamanda, texnologiyanın köməyi sayəsində böyük və kiçik şəhərlərə nəzarət sisteminin ciddi fərqlənir.
Reyting.az xəbər verir ki, dünyada ən çox müşahidə kameraları olan şəhərlərin siyahısı açıqlanıb və Hindistanın Heydərabad şəhəri bu siyahıda liderdir.
Məlumata görə, bu böyük şəhərdə hər 1000 nəfərə 79 kamera düşür.
Reytinq cədvəlində ikinci yerdə qərarlaşan digər bir Hindistan şəhəri - İndaurda isə 100 nəfəri 72 müşahidə kamerası, Banqalor şəhərində 41 kamera izləyir.
Yeni statistikaya əsasən, bu üç şəhərdə ümumilikdə 1,7 milyondan çox kamera quraşdırılıb.
Pakistanın Lahor şəhəri göstəricilərinə görə, dünyada 4-cü yerdədir. Ölkənin bu böyük şəhərində hər 1000 nəfər 28 müşahidə kamerasının, siyahıda 6-cı yer tutan Rusiyanın Moskva şəhərində isə hər min nəfər 20 kameranın nəzarəti altındadır.
İngiltərənin paytaxtı London da Qərbdə ən çox müşahidə olunan şəhərlər sırasındadır və siyahıda 11-ci yerdədir.
ABŞ-nın Los Anceles şəhərində 46 mindən çox kamera quraşdırılıb, üstəlik, bu göstərici 2022-dən bəri 34 faiz artıb.
Çin şəhərləri üzrə məlumatlar ictimaiyyətə tam açıq olmasa da, təxmin olunduğu kimi, bu ölkə üzrə hər 1000 nəfərə təxminən 494 kamera düşür.
Oqtay QORÇU