Dünya ölkələri arasında ən çox təbii qaz ehtiyatı olan ölkə (47,7 trilyon kubmetr) Rusiyadır. Bu siyahıda Rusiyadan sonra 33,9 trilyon kubmetr qaz ehtiyatı olan İrandır.
Reyting.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının hesabatında bildirilib.
Yeni infoqrafikaya əsasən, öndə gedən ölkələrdən biri sayılan Qətərin 23,8 trilyon kubmetr qaz ehtiyatı var.
İlk onluqda ABŞ, Səudiyyə Ərəbistanı, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Nigeriya və Venesuela kimi ölkələr yer alıb. Ekspertlər bildiriblər ki, adıçəkilən 10 ölkə dünya qaz ehtiyatlarının 83 faizindən çoxuna sahib olmaqla, qlobal enerji təhlükəsizliyində çox mühüm rol oynayırlar.
Ekspertlərin fikrincə, İran və Qətər, xüsusilə Rusiya kimi ölkələr enerji bazarında bu gün də əsas geosiyasi oyunçular sayılırlar. ABŞ isə qaz ehtiyatlarına görə, reytinq siyahısında 4-cü olsa da, hasilat baxımından hələ də dünya üzrə liderdir.

Oqtay Qorçu