Advert
Advert

Ən dərin göllərin yeni siyahısı hazırlanıb

Tarix:
Ən dərin göllərin yeni siyahısı hazırlanıb
Reklam

Dünyada ən dərin göllərin statistik siyahısı dərc olunub. Rusiyanın Baykal gölü 1642 metr dərinlikdə olmaqla, ən dərin göl kimi yeni reytinq siyahısında birinci yerdədir. Baykal belə bir göstərici ilə ikinci yerdə qərarlaşmış Tanqanika gölünü 172 metr qabaqlayır. 

Reyting.az-ın xəbərinə görə, "WorldAtlas" nəşri tərəfindən təqdim olunan infoqrafikada ən dərin göllər haqqında sıra ilə məlumatlar verilib. 

Mütəxəssislərin rəyinə görə, Baykal gölü ilə Tanqanika gölü rif mənşəlidir və belə göllər milyonlarla illər ərzində Yer qabığının çatlaması, eləcə də çökməsi nəticəsində yaranır ki, onların da qeyri-adi dərinliyə malik olmasının ən əsas səbəbi budur. 

Ekspertlər bildiriblər ki, Baykal həm də Yer kürəsinin ən qədim gölüdür, onun təxmini yaşının 25-30 milyon il olduğu ehtimal edilir. Bu göl planetdəki donmamış şirin su ehtiyatlarının təxminən 20 faizini özündə saxlayır.

Reytinq cədvəlində digər maraqlı su hövzələrinin də adı yer alıb. Mütəxəssislər deyiblər ki, Antarktida yaxınlığındakı Şərq gölü 1000 metr qalınlığında buz qatının altındadır və bu dərin göl böyük su ehtiyatına malikdir. 

Kreyter (ABŞ) gölü isə qədim vulkan kraterində yerləşir, lakin çox dərin olduğundan barəsində hələ də dəqiq informasiya yoxdur. 

Çoxdandır ki, dəniz statusu qazanan Xəzər 1030 metr dərinliklə üçüncü sırada yer alıb. Ekspertlər qrupunun Xəzərlə bağlı hazırladığı statistik məlumatlarda qeyd edilib ki, Xəzər səth sahəsinə görə dünyada ən böyük göl sayılır.

Beləliklə, yeni infoqrafikadan məlum olub ki, dünyanın ən dərin 10 gölü Rusiya, Afrika, Amerika qitələri, Antarktida və Cənub-Şərqi Asiyada yerləşir.

Oqtay Qorçu

Reklam