2026-cı il üçün hazırlanmış yeni siyahıda dünyanın ən nəzakətli ölkələrinin adları açıqlanıb. Siyahını Amerikanın "Remitly" şirkəti hazırlayıb.
Reyting.az-ın məlumatına görə, araşdırmada 26 ölkədən 4600 nəfər iştirak edib.
Reytinq siyasında mütləq lider Yaponiyadır. Sorğuda iştirak edən respondentlərin 35,15 faizi Yaponiyanı ən nəzakətli insanların yaşadığı xüsusi ərazi saydıqlarını bildiriblər.
Mütəxəssislərin fikrincə, bütün bunlar yaponların gündəlik həyatındakı mental hörmət, ehtiramla, eyni zamanda, etik qaydalarla, o cümlədən baş əymək mədəniyyəti ənənəsinin xalq içində çox geniş yayılması ilə də izah edilə bilər.
İlk 10-luq belədir:
1. Yaponiya - 35,15 faiz
2. Kanada - 13,35 faiz
3. Böyük Britaniya - 6,23 faiz
4. Çin - 3,07 faiz
5. Almaniya - 2,80 faiz
6. Filippin - 2,30 faiz
7. İsveç - 2,26 faiz
8. Danimarka - 2,07 faiz
9. Finlandiya - 1,92 faiz
10. Cənubi Afrika Respublikası - 1,82 faiz.
Qeyd olunur ki, həmin ölkələrin öz vətəndaşlarının verdiyi qiymətləndirmə ilə xaricilərin fikirləri də fərqlənir. Özlərini ən nəzakətli sayanlar əsasən Braziliya, Çili, Hindistan, İsveç, Fransa, Meksika, İspaniya, Cənubi Afrika Respublikası, Portuqaliya və ABŞ kimi ölkələrdən olan respondentlərdir.
Oqtay QORÇU