Beynəlxalq Arxeoloqlar Assosiasiyasının üzvləri Şotlandiyanın Lyuis adasındakı Loç Borgasteildə süni çəpər adasının 5000 il bundan əvvəl, son neolit dövründə inşa olunduğunu aşkar ediblər.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmanın nəticələri “Advances in Archaeological Practice” (AAP) jurnalında dərc olunub.
Crannoglar Şotlandiya və İrlandiyadakı göllərdə tapılan kiçik süni adalardır. Əvvəllər bu adalarının əksəriyyətinin Dəmir dövründə və ya daha sonralar salındığı güman edilirdi. Amma yeni sübutlar süni adaların bəzilərinin daha qədim dövrə aid olduğunu göstərir.
V. Quliyev