Avropada gecə saatlarında şəhər mərkəzlərində və müxtəlif küçələrdə sərbəst gəzmək üçün ən təhlükəsiz ölkələrin adları açıqlanıb.
Reyting.az-ın "Numbeo"ya istinadla verdiyi məlumata görə, Avropada yalnız Xorvatiyada vətəndaşlar gecənin istənilən saatında küçələrdə tək gəzərkən özlərini tamamilə təhlükəsiz hiss etdiklərini bildiriblər. Beləliklə, Cənub-Şərqi Avropada yerləşən Xorvatiya 75,93 balla reytinq siyahısında birinci yeri tutaraq ən təhlükəsiz ölkə kimi qiymətləndirilib.
İlk beşlikdə Sloveniya (73,74), İslandiya (71,55), Monteneqro (70,46) və Estoniya (69,69) da yer alıb.
Reytinq cədvəlinin sonuncu pilləsində isə Fransa (35,23) qərarlaşıb.
Ən aşağı göstəricilərə malik ölkələr sırasında Belçika və Böyük Britaniya da yer alıb. İrlandiya isə bu göstərici üzrə Belarusla yaxın nəticə nümayiş etdirib.
Rusiya Federasiyası 51 balla siyahının aşağı hissəsində, Albaniya ilə Almaniya arasında qərarlaşıb.
Ekspertlərin sözlərinə görə, subyektiv təhlükəsizlik hissi hər zaman real cinayət statistikasını əks etdirmir. Bu göstəriciyə şəhər infrastrukturu, küçələrin işıqlandırılması və hüquq-mühafizə orqanlarının fəaliyyəti kimi amillər təsir göstərir.
Oqtay Qorçu