Advert
Advert

Ən xoşbəxt ölkələrin siyahısı tərtib olunub 

Tarix:
Ən xoşbəxt ölkələrin siyahısı tərtib olunub 
Reklam

Finlandiya dünyanın ən xoşbəxt ölkələri siyahısında 7,8 balla yenə birinci olub. "Dünya Xoşbəxtlik Hesabatı-2026"-nın hesabatına görə, şimal ölkələri ənənəvi olaraq öz lider mövqelərini qoruyurlar.

Reyting.az xəbər verir ki, bu il diqqətçəkən nəticələrdən biri Kosta-Rikanın 4-cü pilləyə qalxması, onun rəqibi Meksikanın isə 12-ci yeri tutmasıdır.

Ekspertlərin rəyinə görə, yeni dəyişiklik göstərir ki, sosial etimad və icma hissi, eyni zamanda həyat keyfiyyəti gəlirdən heç də az əhəmiyyətli deyil.

Qeyd edək ki, reytinq cədvəli "Kentril pilləsi" üzrə, yəni 0-10 bal arasında keçirilib və 147 ölkədə təxminən 100 mindən çox insanın sorğusu əsasında hesablanıb. 

ABŞ, Kanada və Qərbi Avropa ölkələri üzrə keçirilən sorğular isə demək olar ki, 6,7 ya da 6,9 aralığında qalıb. 

Mütəxəssislərin fikrincə, bu, həm də müəyyən mənada gözlənilməz "plato" göstəricisidir. Bunun əsas səbəbi isə ən yüksək yerlərin Şərqi Avropa ölkələrinin payına düşməsidir. 

Onu da qeyd edək ki, Polşa və Estoniya yüksəlişdə, Rusiya isə 5,8 balla 79-cu yerdədir.

Hesabatda Asiyada ən xoşbəxt ölkənin Tayvan olduğu üzə çıxıb. Bu ölkə 26-cı yeri tutmaqla, Asiya ölkələri arasında önə çıxıb. Afrika qitəsində isə "xoşbəxt ölkə" liderliyi yalnız Mavrikiyə məxsusdur.

Oqtay QORÇU

Reklam