Advert
Advert

Ən yaxşı araq markaları açıqlanıb

Tarix:
Ən yaxşı araq markaları açıqlanıb
Reklam

Belarusa məxsus olan iki araq markası bu il üçün təqdim edilmiş reytinq siyahısına salınıb.

Reyting.az xəbər verir ki, "Drinks International" nəşrində 2026-cı ilin qlobal alkoqol brendlərinin siyahısında Belarus arağı "Bulbaş" 120-ci, "Stolqradnaya" markası isə 144-cü pillədə qərarlaşıb.

Araq kateqoriyasında isə dünya üzrə ən yaxşı araqlar çeşidi arasında Belarusun "Bulbaş" arağı 28-ci, "Stolqradnaya" 34-cü yeri tutub. Bununla yanaşı, ötən il reytinq cədvəlinə düşən Belarusun "Brest-Litovsk" ilə "Konoplyanka" markalı araqları siyahıdan çıxarılıb.

2026-cı ilin ən yaxşı brend arağı isə Böyük Britaniyanın "Smirnoff" markası seçilib. İlk üçlüyə "Absolut" markalı araq və Ukraynaya məxsus "Xlibnıy Dar" kimi məşhur brendlər də daxil edilib.

Ümumi reytinq cədvəlində görə, ardıcıl üçüncü dəfədir ki, Cənubi Koreyanın "Jinro" markası siyahıda liderdir.

Oqtay Qorçu
 

Reklam