"Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Reyting.az xəbər verir ki, builki müsabiqədə ölkə üzrə 3181 şagird iştirak edib.
Müsabiqədə iştirak edən şagirdlərin çıxışları müsabiqə komissiyası tərəfindən baxılaraq qiymətləndirilib, hər bir rayon və şəhərdən müəyyən olunmuş kvotaya əsasən 87 şagird müsabiqənin yekun - ölkə mərhələsində iştirak etmək hüququ qazanıb.
Ölkə mərhələsində şagirdlər verilmiş 5 mövzudan 1-i üzrə təqdimat edib, onların çıxışları müsabiqə komissiyası tərəfindən dinlənilərək qiymətləndirilib, 33 nəfər müsabiqənin qalibi olub. Onlardan 6 nəfər 1-ci, 11 nəfər 2-ci, 16 nəfər isə 3-cü yerə layiq görülüb.
Təhlillər onu göstərir ki, şagirdlər yüksək bilik, əhatəli məlumata malik olduqlarını, Heydər Əliyev irsini, eləcə də müasir Azərbaycan tarixini, dövrümüzün siyasi, iqtisadi və mədəni reallıqlarını dərindən öyrəndiklərini nümayiş etdiriblər/report.