2026-cı ilin aprelindən sonrakı aylarda dünyada ən yüksək inflyasiya Venesuelada qeydə alınıb. Mütəxəssislərin fikrincə, bu proses hələ uzun müddət davam edəcək.
Reyting.az xəbər verir ki, bu, "International Monetary Fund" təşkilatının analitik nəşrinin dərc etdiyi "World Economic Outlook" maliyyə hesabatında bildirilir.
Proqnozlara əsasən, Venesuelada orta illik inflyasiya 387,4 faiz təşkil edəcək.
Ekspertlər bildirirlər ki, yüksək inflyasiyaya malik digər ölkələrin siyahısında İran (68,9%), Nigeriya (16%) və Liviya (10,5%) da yer alır.
Ən aşağı inflyasiya göstəricilərinin Karib hövzəsi ölkələrində olacağı proqnozlaşdırılır.
Yeni hesablamalara görə, böyük ehtimalla Kosta-Rika dünya üzrə yeganə deflyasiya yaşayan ölkə olacaq. Mütəxəssislər burada qiymətlərin demək olar ki, 0,4 faiz azalacağını proqnozlaşdırırlar.
Yeni hesabatda Cənubi Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistan haqqında məlumatlar yer almayıb.
Mütəxəssislər bildirirlər ki, inflyasiya bir çox ölkələrdə azalsa da, qiymət sabitliyi dünya iqtisadiyyatı üçün yenə əsas problemlərdən biri olaraq qalır.

Oqtay Qorçu