Advert
Advert

Naibə Allahverdiyeva: “Allahın izni ilə..."

Tarix:
Naibə Allahverdiyeva: “Allahın izni ilə...
Reklam

Xalq artisti Naibə Allahverdiyeva Prezident İlham Əliyevin “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamına əsasən mükafatlandırılması barədə təəssüratını bölüşüb.

N.Allahverdiyeva Pravda.az-a açıqlama verərək Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

“Cənab Prezidentimiz Ulu Öndərimizin siyasətini uğurla davam etdirir. Biz sənət adamlarını layiqincə qiymətləndirir. Allah Ulu Öndərimizə rəhmət eləsin, bu siyasətin başlanğıcını Heydər Əliyev qoyub. Gözəl Prezidentimiz də bu yolu davam etdirir. Çox şadam. Mənim üçün xoş xəbər oldu. Allahın izni ilə, Prezident təqaüdü də alaram. Bir gün məni bu xəbərlə də şadlandırasınız. Hər şeyə görə minnətdaram”, - Xalq artisti bildirib.

Reklam