Advert
Advert

Narkotikə görə daha iki nəfər saxlanılıb

Tarix:
Narkotikə görə daha iki nəfər saxlanılıb
Reklam

Xaçmazda dəmiryolu polisi iki nəfərdə narkotik aşkarlayıb.

Reyting.az DIN-nin mətbuat xidmətinin Quba regional qrupuna istinadla xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş şəxslər - 59 yaşlı S.Siracov və 37 yaşlı A.Həsənov saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.
 

Reklam