Advert
Advert

Natiqlik mədəniyyəti ilə bağlı layihənin icrasına start verilib

Tarix:
Natiqlik mədəniyyəti ilə bağlı layihənin icrasına start verilib
Reklam

"Natiqlik mədəniyyətinin regionlarda təbliği” adlı layihənin icrasına başlanılıb.

Reyting.az xəbər verir ki, layihə "Bakı Natiqlik Məktəbi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir. 

Layihə çərçivəsində natiqlik bacarıqlarının inkişafı, ictimai çıxış mədəniyyətinin təşviqi və bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

"Bakı Natiqlik Məktəbi” İctimai Birliyinin sədri Nüşabə Fətullayeva Reyting.az-a deyib ki, layihə Bakıda və Ağsu rayonunda həyata keçiriləcək və müxtəlif yaş qruplarından olan iştirakçıların natiqlik sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.

Layihə çərçivəsində interaktiv görüşlər və praktik məşğələlərin təşkili də planlaşdırılır. Tədbirlər zamanı iştirakçılara düzgün nitq quruculuğu, auditoriya ilə effektiv ünsiyyət, çıxış texnikaları və özünüifadə bacarıqları ilə bağlı praktiki biliklər təqdim olunacaq.

Təşkilat hesab edir ki, natiqlik mədəniyyətinin regionlarda təşviqi gənclərin və ictimai fəalların şəxsi inkişafına, həmçinin cəmiyyət daxilində sağlam kommunikasiya mühitinin formalaşmasına töhfə verəcək.

Layihə ilə bağlı əlavə məlumatlar növbəti mərhələlərdə ictimaiyyətə təqdim olunacaq.

Reklam