Advert
Advert

Nazir: Avropanın başqa çarəsi yoxdur

Tarix:
Nazir: Avropanın başqa çarəsi yoxdur
Reklam

“Vaşinqton Avropadakı hərbi mövcudluğunu azaltmağa çalışdığı bir vaxtda, qitə Ukraynaya diqqət yetirməli və müdafiə texnologiyalarındakı inqilabdan dərs çıxarmalıdır”.

Reyting.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib.

“Biz bunu mövcud imkanlarımızın daha sürətli inkişafı və yerləşdirilməsi üçün bir çağırış kimi qəbul etməliyik. Sadəcə başqa yol yoxdur”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna nümunəsi göstərir ki, hərbi imkanlar avropalıların son onilliklərdə etdiklərindən daha qısa müddətdə inkişaf etdirilə və tətbiq oluna bilər.

Ukrayna tərəfindən hazırlanmış müasir dronlara əlavə investisiya qoyuluşuna çağıran təkcə Y. Vadeful deyil. Ötən həftə Fransa Prezidenti Emmanuel Makron da dron texnologiyalarının milli müdafiə üçün əhəmiyyətini xüsusi vurğulayıb.

Qeyd edək ki, Ukraynanın nümayiş etdirdiyi dronlar ABŞ-ın regiondan qismən uzaqlaşması fonunda Avropanın Rusiyaya qarşı müdafiəsini sürətlə gücləndirməyə çalışdığı bir dövrdə xüsusilə аktualdır.

V. Quliyev
 

Reklam