İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Gvir Livanla potensial atəşkəsə qarşı çıxır.
Reyting.az-ın məlumatına görə, İsrailin dövlət televiziyası KAN-a danışan Ben-Gvir deyib ki, Livan İsrailin oyun meydançası olmalıdır.
“Əgər “Hizbullah” mülki əhali arasında gizlənirsə, mən yalnız öz əsgərlərimizi qorumaq istəyirəm”, - deyə Livanla atəşkəsə qarşı çıxan Ben-Gvir bildirib.
Baş nazir Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasındakı gərginliyə də toxunan Ben-Gvir daha sonra əlavə edib:
“Baş nazirə deyirəm ki, Tramp əsl dostdur və biz onunla mehriban davranmalı və onu qucaqlamalıyıq. Bununla belə, biz ona Livanda atəşkəsi qəbul edə bilməyəcəyimizi də açıq şəkildə deməliyik.
Qərarları biz veririk. “Hizbullah”ın silahlanmaq və gücünü bərpa etmək üçün İsrail sərhədinə qayıtması sizə normal görünürmü?”,- deyə nazir qeyd edib.
E. Kamal