“Əgər söhbət dəymiş ziyanın ödənilməsindən gedirsə, ABŞ özündən və İsraildən başlamalıdır. İranın aktivləri Vaşinqton üçün müharibə qəniməti və ya müttəfiqlərinə ödəmə fondu deyil”.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, belə bir bəyanatla İran Xarici işlər nazirinin müavini Kazem Qarib-Abadi çıxış edib.
O, bəyanatında vurğulayıb ki, rəsmi Tehranın icazəsi olmadan İranın daşınan əmlakının mənimsənilməsi və ya kənara təhvil verilməsi beynəlxalq pozuntudur və ABŞ-ın məsuliyyətinə səbəb olacaq. Eləcə də İran buna adekvat cavab verəcək.
Nazir müavininin sözlərinə görə, əgər ABŞ həqiqətən də dəymiş ziyana görə kompensasiya tələb edirsə, o, özündən və İsraildən başlamalıdır.
Qeyd edək ki, ABŞ İranın gələcək hərəkətləri nəticəsində zərər görə biləcək obyektlərin və infrastrukturun bərpasında Körfəz müttəfiqlərinə kömək etmək üçün İranın dondurulmuş aktivlərini onlara təqdim etməyi nəzərdən keçirir.
Y. Qacar