Advert
Advert

Nazir: Ruslara “kiçik qalalar”ını yarmaq bacarığımızı göstərməliyik 

Tarix:
Nazir: Ruslara “kiçik qalalar”ını yarmaq bacarığımızı göstərməliyik 
Reklam

Rusiya Kalininqradı öz təhlükəsizliyinin qarantı kimi görməkdənsə, NATO-nun cavabından qorxmalıdır.

Reyting.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris deyib.

Bildirilir ki, Rusiya Kalininqrad bölgəsini hava hücumundan müdafiə sistemləri və raket kompleksləri ilə təchiz olunmuş güclü bir hərbi bazaya çevirib. Lakin Budris hesab edir ki, NATO bu potensialın Alyans ölkələrinə qarşı istifadəsinin qarşısını almaq üçün resurslara malikdir.

“Biz ruslara Kalininqradda tikdikləri “kiçik qala”nı yarmağa qadir olduğumuzu göstərməliyik”, - deyə nazir əlavə edib.

Qeyd olunur ki, burada diqqət xüsusilə Rusiyanı Alyans ölkələrinə qarşı təcavüzkar hərəkətlərdən çəkinməyə məcbur etmək üçün nəzərdə tutulmuş mexanizm olan çəkindirmə amilinə yönəlib.

“Lazım gələrsə, NATO-nun orada yerləşən Rusiyanın hava hücumundan müdafiə və raket bazalarını yerlə-yeksan etmək üçün vasitələri var”, - deyə Budris vurğulayıb.

Nazir xəbərdarlıq edib ki, Avropa Rusiya ilə potensial münaqişə risklərini qiymətləndirməməlidir. O hesab edir ki, çəkindirmə sistemi sıradan çıxarsa, müharibənin nəticələrini yalnız NATO-nun şərq cinahındakı ölkələr deyil, bütün Avropa hiss edəcək. 

“Moskva ilə münaqişənin yalnız Rusiyanın yaxın qonşularına təsir edəcəyi fikri təhlükəli səhvdir. Bu, Rusiya tərəfindən təbliğ edilən bir hekayədir. Cəbhə xətti dağılarsa, qalan hər şey – Avropa Birliyi, iqtisadiyyat və sosial nizam dağılacaq”, - deyə Budris xəbərdarlıq edib.

Nazirin sözlərinə görə, ABŞ-ın Avropanın müdafiəsindəki rolu azalarsa, Avropa ölkələri öz müdafiə qabiliyyətlərini gücləndirməli və təhlükəsizliyə yanaşmalarını yenidən nəzərdən keçirməlidirlər.

E. Kamal
 

Reklam