Göyərtəsində Böyük Britaniyanın müdafiə naziri Con Healeyin olduğu hökumət təyyarəsi Rusiya sərhədi yaxınlığında uçarkən müvəqqəti olaraq GPS siqnalını itirib.
Reyting.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
İnsident London nümayəndə heyətinin Estoniyada yerləşən Britaniya ordu hissələrini ziyarət etdikdən sonra bu ölkədən qayıdarkən baş verib.
Qəzetin yazdığına görə, “Dassault Falcon 900LX” təyyarəsində peyk naviqasiya sistemi qəfildən fəaliyyətini dayandırıb. Ekipaj havada sistemi yenidən işə salmayıb və inertial naviqasiyadan istifadə edərək uçuşu davam etdirib.
V. Quliyev