Advert
Advert

Nazirlər Rusiya-İran əməkdaşlığının perspektivlərini müzakirə ediblər

Tarix:
Nazirlər Rusiya-İran əməkdaşlığının perspektivlərini müzakirə ediblər
Reklam

İran və Rusiyanın xarici işlər nazirləri Abbas Əraqçi və Sergey Lavrov iki ölkə arasında siyasi, enerji və nəqliyyat sahələrində, eləcə də regional inkişaf kontekstində əməkdaşlığı müzakirə ediblər.

Reyting.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Telegram kanalında yazıb.

"İran və Rusiya arasında strateji əlaqələrin əhəmiyyəti qeyd edildi. ABŞ və İsrail ilə müvəqqəti atəşkəs fonunda mövcud vəziyyət barədə məlumat verildi", - deyə nazir qeyd edib.

Nazirlər Rusiya və İran arasında regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına da diqqət ayırıblar.

Hər iki tərəf BRICS-in region ölkələri arasında gərginliyin azaldılmasında və Fars körfəzində kollektiv təhlükəsizliyin təmin edilməsində konstruktiv rol oynaya biləcəyini vurğulayıb.

Tərəflər həmçinin Qərbi Asiya regionundakı son hadisələr, eləcə də Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlar barədə fikir mübadiləsi aparıblar.

Bəyanatda deyilir: "Rusiya xarici işlər naziri İranla ikitərəfli əməkdaşlığın inkişafının vacibliyini vurğuladı və iqtisadi tərəfdaşlığın, xüsusən də enerji sektorunda, tranzit dəhlizlərində və mühüm su yollarında genişləndirilməsini dəstəklədi".

E. Kamal
 

Reklam