Dünyada ən böyük neft ehtiyatlarının təxminən 303 milyard barreli Venesuelaya məxsusdur.
Reyting.az xəbər verir ki, neft ehtiyatlarına görə 10 ölkənin reytinq siyahısı tərtib olunub.
Ekspertlər bildirirlər ki, neftin keyfiyyəti və hasilat şərtləri bir çox ölkələrin dünya neft bazarındakı mövqeyinə ciddi təsir göstərir.
Məlumata görə, Yaxın Şərq ölkələri asan hasil oluna bilən və keyfiyyətli neft yataqları sayəsində neft bazarında aparıcı rol oynayır. Alimlərin fikrincə, "qara qızıl" adlanan sərvət ölkələrin əbədi xəzinəsi deyil. Məhz buna görə, elm adamları böyük ehtimalla yaxın gələcəkdə neft ehtiyatlarının tükənə biləcəyini nəzərə alaraq öncədən tədbirlər görmək və alternativ enerji mənbələri üzərində araşdırmalar aparmaq yollarını araşdırırlar.
Lakin buna baxmayaraq, neft indiyə qədər dünya iqtisadiyyatının əsas enerji və xammal mənbələrindən biri hesab olunur.
Ekspertlər vurğulayırlar ki, neftin necə kəşf edildiyini və axtarıldığını öyrənmək üçün hətta Rusiyanın Yuqra bölgəsinə də baş çəkmək kifayətdir. İnfoqrafikaya əsasən, burada dünya neftinin təxminən 7 faizi və Rusiyada hasil olunan neftin isə təxminən 50 faizi çıxarılır.
Neft ehtiyatlarına görə, yeni infoqrafikada yer alan 10 lider ölkə bunlardır:
1. Venesuela
2. Səudiyyə Ərəbistanı
3. İran
4. Kanada
5. İraq
6. Birləşmiş Ərəb Əmirlikləri
7. Küveyt
8. ABŞ
9. Rusiya
10. Liviya
Oqtay Qorçu