Advert
Advert

"NEOM"un dəyəri artır: podaratçılara əlavə 16 milyard dollar ödənəcək

Tarix:
Reklam

Səudiyyə Ərəbistanı hökuməti "NEOM" meqalayihəsi çərçivəsində daha əvvəl bağlanmış müqavilələrin vaxtından əvvəl ləğvinə görə podratçılara 16 milyard dollar məbləğində kompensasiya ödəyəcək.

Reyting.az xatırladır ki, "NEOM" layihəsinin əsas hissəsi olan "The Line" 170 kilometrlik ərazidə salınacaq futuristik şəhər kimi planlaşdırılmışdı. Layihənin ümumi dəyəri 500 milyard dollar qiymətləndirilirdi. Nəzərdə tutulurdu ki, bu nəhəng layihə ölkədə şəhərsalma sahəsində inqilabi dəyişikliklər yaradacaq, eyni zamanda Qırmızı dəniz sahillərini dağlıq ərazilərlə yüksək sürətli dəmir yolu vasitəsilə birləşdirəcək.

Lakin məlumata görə, sonradan maliyyə səbəbləri üzündən layihə əhəmiyyətli dərəcədə ixtisar olunub. Bildirilir ki, indiyədək həyata keçirilən tikinti işlərinə təxminən 64 milyard dollar sərmayə qoyulub. İndi isə uzunmüddətli müqavilələrin vaxtından əvvəl dayandırılması ilə əlaqədar əlavə 16 milyard dollar kompensasiya ödəniləcək.

Bununla belə, mütəxəssislər hesab edirlər ki, Səudiyyə Ərəbistanı layihəyə əlavə vəsait yatırmağa davam edəcək və "NEOM" meqaşəhərinin tikintisini yekunlaşdırmağa çalışacaq.

Oqtay Qorçu
 

Reklam