Advert
Advert

Netanyahu İsrail qoşunlarını təhdidlərə cavab verməyə çağırıb

Tarix:
Netanyahu İsrail qoşunlarını təhdidlərə cavab verməyə çağırıb
Reklam

İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubundakı İsrail ordusunun mövqelərinə səfəri zamanı bildirib ki, İsrail hərbi personalı regiondakı hər bir təhlükəyə cavab verməlidir.

Reyting.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazıb. 

Baş nazir çərşənbə axşamı Livanın cənubuna səfəri zamanı İsrail əsgərlərinə deyib ki, əgər təhlükəsizliyinizə, həyatınıza təhlükə aşkar etsəniz, hərəkətə keçin: “Gözləməyin. Bu, mütləq bir göstərişdir".

Qəzet yazır ki, Netanyahu ilə yanaşı, İsrail müdafiə naziri İsrael Katz və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisinin müavini Tamir Yadai də Livanın cənubuna səfər ediblər.

Netanyahu qoşunlara müraciətində "Sizin buradakı hərəkətləriniz nəticəsində Livan İsraili, İsrail Livanı tanıyır və biz həm İrana, həm də “Hizbullah”a səslənirik: buradan çıxın! Siz bura aid deyilsiniz", - deyib.

Baş nazir vurğulayıb ki, İsrail "təhdid aradan qaldırılana qədər" Livanının cənubunu tərk etməyəcək: "Hizbullah” burada qaldığı və təhdid etdiyi müddətd burada qalacağıq".

Qeyd edək ki, iyunun 26-da Vaşinqtonda İsrail və Livan Livandakı münaqişəyə son qoya biləcək çərçivə sazişi barədə razılığa gəliblər. Sazişə, digər məsələlərlə yanaşı, “Hizbullah”ın tərksilah edilməsi də daxildir.

V. Quliyev

Reklam