Advert
Advert

Netanyahunun oğlunun İranla müharibəyə göndərilməsi tələb olunur

Tarix:
Netanyahunun oğlunun İranla müharibəyə göndərilməsi tələb olunur
Reklam

Ağ evin keçmiş müşaviri və MAGA hərəkatının əsas fiquru Stiv Bennon ABŞ Daxili Təhlükəsizlik Departamentini İsrail baş naziri Benyamin Netanyahunun oğlunu deportasiya etməyə və İranla müharibəyə göndərməyə çağırıb. 

Reyting.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yazıb.

"Netanyahunun oğlunu sabah Mayamidən çıxarın. Daxili Təhlükəsizlik Departamenti haradadır? Onu geri gətirin. Forma geyindirin. Əvvəlcə müharibəyə getsin", - deyə Bennon bildirib.

Qeyd olunur ki, Netanyahunun oğlanları Yair və Avner (İsrail baş nazirinin ikinci oğlu) müharibə zamanı İsrail ordusunda xidmət etməyiblər.

V. Quliyev
 

Reklam