Advert
Advert

“Netflix” platformasının 300 milyondan çox abunəçisi var

Tarix:
“Netflix” platformasının 300 milyondan çox abunəçisi var
Reklam

Dünyanın ən populyar və tələbatlı striminq xidmətlərinin - yəni yükləmədən birbaşa izləmə və ya dinləmə imkanı təqdim edən platformaların - reytinq infoqrafikası yayımlanıb. Yeni hesabata əsasən, dünyada striminq platformalarına maraq getdikcə artır.

Reyting.az bildirir ki, 2026-cı il üçün reytinq cədvəlini dərc edən “FlixPatrol” nəşrinin məlumatına görə, qlobal bazarda bu sahənin lideri “Netflix” platformasıdır və onun abunəçi sayı 300 milyonu ötüb.

İkinci yerdə ABŞ-da yaranmış və beynəlxalq platforma kimi fəaliyyət göstərən “Amazon Prime Video” qərarlaşıb. Bu platformanın abunəçi sayı 200 milyona çatır.

Üçüncü yerdə isə 131,6 milyon abunəçi ilə “Disney+” yer alır və liderlər sırasında mövqeyini möhkəmləndirir.

128 milyon abunəçiyə xidmət göstərən “HBO Max” platforması da nəhəng şirkətlər arasında yer alıb.

İlk beşliyə əsasən yerli bazara yönəlmiş Çin platforması “Tencent Video” da daxildir. Bu Asiya şirkətinin 114 milyon abunəçisi var.

Rusiyanın “KinoPoisk” yayım xidməti 11,9 milyon abunəçi ilə 21-ci yerdə qərarlaşıb, “İvi” isə 25-ci pillədə yer alıb.

Oqtay QORÇU
 

Reklam