Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib.
Reyting.az xəbər verir ki, bu barədə mərkəzin sosial media hesabında məlumat paylaşılıb.
Qeyd olunur ki, vəfat etdiyi vaxt o, iş məsələləri ilə əlaqədar Türkiyədə idi və mərkəz nümayəndələrinin beynəlxalq konfransda iştirakına hazırlaşırdı.
Rövşən Muradov mərkəzin təsisçilərindən biri idi və yarandığı gündən ona rəhbərlik edirdi.
Allah rəhmət eləsin!