Nobel mükafatçısı Con Camper təxminən doqquz illik əməkdaşlıqdan sonra “Google DeepMind” şirkəti ilə yollarını ayırıb.
Kimya sahəsindəki mühüm xidmətlərinə görə 2024-cü ildə Nobel mükafatına layiq görülən və süni intellekt üzrə dünyanın ən tanınmış tədqiqatçılarından biri hesab olunan Con Camper bildirib ki, qısa fasilədən sonra ABŞ-ın “Anthropic” süni intellekt şirkətində fəaliyyət göstərəcək.
Reyting.az xəbər verir ki, Nobel mükafatçısı sosial şəbəkədə paylaşdığı açıqlamada “Google DeepMind” şirkətində keçirdiyi illərə görə hər kəsə minnətdarlığını ifadə edib.
Camper həmçinin vurğulayıb ki, Demis Hassabis ona süni intellekt sahəsində alim və koordinator kimi “AlphaFold” komandasına rəhbərlik etmək imkanı yaradıb.
“Bloomberg” agentliyinin məlumatına görə, Con Camper dünya şöhrətini “AlphaFold” süni intellekt layihəsinə rəhbərlik etməklə qazanıb. Qeyd olunub ki, onun rəhbərlik etdiyi və üzərində geniş tədqiqatlar aparılan bu sistem zülalların üçölçülü quruluşunu yüksək dəqiqliklə proqnozlaşdıraraq tibb və biologiya elmlərində mühüm irəliləyişlərə səbəb olub.
Qeyd edək ki, məhz bu elmi araşdırmalara görə Con Camper, Demis Hassabis və tədqiqatçı Devid Beyker birlikdə Nobel mükafatına layiq görülüblər.
Oqtay Qorçu